ABŞ bundan sonra Birləşmiş Millətlər Təşkilatının büdcəsinin 1/4-ni təmin etməyəcək
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Vaşinqtonun BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib. “Sülhün keşiyində durmaq ümumi məsuliyyətdir. Hər kəs buna öz töhfəsini verməlidir və hər kəs buna böyük səy göstərməlidir”, - deyə o qeyd edib.
Bu il Birləşmiş Ştatlar BMT-nin ümumi büdcəsinin 28,5 faizi qədər üzvlük haqqı ödəyib. Bununla yanaşı, Heyli Amerika qanunlarının Vaşinqtona üzvlük haqlarının həcminin 25 faizi keçməyəcək iştirakına icazə verdiyini xatırladıb.
Qeyd olunur ki, üzvlük haqlarının həcminə görə ikinci yerdə olan Çin BMT büdcəsinin 10 faizini təmin edir.
Heyli ABŞ-ın bu ixtisarları təşkilatın sülh missiyasına zərər verməyəcək şəkildə “ədalətli və məntiqli” edəcəyini vurğulayıb.
Xatırladaq ki, ötən ilin dekabr ayında Birləşmiş Ştatlar 2018-2019-cu maliyyə illərində BMT-nin büdcəsinin 285 milyon dollar ixtisarına nail olmuşdu. Nəticədə təşkilatın büdcəsi 5,395 milyard dollar təşkil etmişdi.
Digər xəbərlər
loading...