“Biz Azərbaycanın yanındayıq. İran təhlükəsiz olarsa, Azərbaycan da təhlükəsiz olacaq. Azərbaycan inkişafda olarsa, İran da inkişafda olacaq”
APA-nın məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Azərbaycan-İran biznes forumunda çıxışı zamanı deyib.
“Biz o vaxt iki ölkənin iqtisadi inkişafına nail ola bilərik ki, dost olaq və bir-birimizin yanında olaq. İki dövlətin bütün işləri sizlər üçündür, sizin iki xalqınız üçündür, iş adamları üçündür, siz sahibkarlar üçündür. Sizlər dostluq və məhəbbət torpağından ən yaxşı məhsulu yığa bilərsiniz. Hər şey sədaqətdən başlayır. Bir-birimizə sadiq olaq, qardaş olaq, dost olaq. Ola bilər ki, mən sizinlə bir iclasda, ticarətdə Allah eləməmiş sizi aldatmış olam və ondan xeyir götürəm. Amma bu xeyir sonuncu xeyir olacaqdır və bitəcəkdir. Əgər hər ikimiz bir-birimizi fikirləşsək, düşünsək, qarşılıqlı mənafeyimizi güdsək, bu ticarət davamlı olacaqdır. Biz gərək faydalı münasibətlər barədə düşünək. Siz fayda götürün, biz də fayda götürək”, - deyə o vurğulayıb.
Digər xəbərlər
loading...