Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı xaricdə xüsusi əməliyyat keçirib
“Report” “Haber7”yə istinadən xəbər verir ki, əməliyyat nəticəsində terror qruplaşmasının Balkan qolunun rəhbərlərindən 6 nəfər tutularaq Türkiyəyə gətirilib.
Məlumata görə, əməliyyat Kosovo kəşfiyyat qurumu ilə əməkdaşlıq nəticəsində gerçəkləşib. FETÖ-çülər Ədliyyə Nazirliyinə təhvil verilib.
Qeyd edək ki, Türkiyənin hüquq-mühafizə orqanları həmin 6 nəfər barəsində axtarış elan etmişdi.
Digər xəbərlər
loading...