Martın 15-dən Kürdəmir rayonundakı Ərəb Qubalı kəndində xırdabuynuzlu heyvanlar tələf olur
Kənd sakini Əmrah Şirinovun təsərrüfatında indiyədək 40-a yaxın qoyun və keçi ölüb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərindən ibarət qrup kəndə ezam olunub, araşdırmalar aparılır.
Bu barədə virtualaz.org saytına Baytarlıq xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.
Y.Xanvəli deyib ki, mütəxəssislər Ərəb Qubalı kəndindəki təsərrüfatlarda yoluxucu xəstəliklər qeydə almayıblar. “Tələf olan heyvanlardan götürülən analizlər Respublika Baytarlıq Laboratoriyasına göndərilib, yaxın saatlarda nəticələr açıqlanacaq. Hazırda heyvanların tələf olmasının qarşısı alınıb”, - mətbuat katibi əlavə edib.
Kənddən isə bildiriblər ki, indiyədək kənddə heyvanların kütləvi tələf olması müşahidə edilməyib, bu ilk hadisədir.
Digər xəbərlər
loading...