Azərbaycan prezidenti İlham Əliyev akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan Milli Elmlər Akademiyasına akademik Əhəd Yaqubovun 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Qeyd edək ki, 2018-ci ilin may ayında görkəmli Azərbaycan alimi, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Əhəd Ələkbər oğlu Yaqubovun anadan olmasının 110 illiyi tamam olur. Neft-qaz geologiyası və vulkanologiya sahəsi üzrə qiymətli tədqiqatlar müəllifi akademik Ə. Yaqubov Azərbaycanın palçıq vulkanlarının kompleks öyrənilməsinin təşkilatçısı kimi şöhrət tapıb, onların ilk atlası və xəritələrinin tərtibinə rəhbərlik edib. Xəzər dənizi neft yataqlarından bir çoxunun kəşfi alimin adı ilə bağlıdır.
Digər xəbərlər
loading...