“Yemək yemirəm, alınmır. Son vaxtlar ancaq su içirəm. Barmağımdan üzük düşür, saat taxa bilmirəm”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi “ATV maqazin onlarla” verilişində deyib.
Sənətçi son günlər arıqlamasının səbəbini açıqlayıb:
“Camaat yalvarır ki, yemək yeyim. Olmur, ürəyim istəyir, amma ağzıma yemək qoyan kimi boğazım bağlanır. Bu o demək deyil ki, mən yaşadıqlarıma görə ağlayıram. Özümü indi daha yaxşı hiss edirəm”.
Natavan saçlarının tökülməsi, parik taxması haqda yayılan xəbərlərə də cavab verib:
“Öz saçlarımdır, parik taxa bilmərəm. Heç vaxt da taxmamışam”.
MilliYol.Az
Digər xəbərlər
loading...