Əməkdar artist Mətanət İsgəndərlinin üçmərtəbəli villasının sökülməsi barədə xəbər yayılıb. Bildirilib ki, müğənninin Səbail rayonu ərazisində yerləşən mənzili plana düşüb. Əməkdar artist ona verilən məbləğlə razılaşmayıb. Bu səbəbdən söküntü zamanı icra nümayəndələri ilə sənətçi və oğlu Kərimin dava etdiyi iddia olunub
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənninin Şeyx Şamil küçəsində yerləşən villasının söküntüsünü “Pilot Residence” yaşayış kompleksi həyata keçirib. Belə ki, müğənni sözügedən şirkətlə razılığa gəlib. O, hazırda ailəsi ilə birgə kirayə qalır.
“Qafqazinfo” mövzu ilə bağlı əməkdar artistin mətbuat nümayəndəsi Zəminə Rüstəmova ilə əlaqə saxlayıb. O, yayılan məlumatı təkzib edib:
“Mətanət xanımın və ailəsinin etirazı şirkətin müqavilə imzalanmadan söküntülərə başlamasına görə olub. O məsələ də həll olundu, istənilən məbləğ ödənildi. Yəni böyük bir problem olmayıb”.
Qeyd edək ki, villanın söküntüsü zamanı icra nümayəndələri ilə mübahisə xəbərini "Bizim Yol" qəzeti yayıb.
Digər xəbərlər
loading...