"İngiltərə Sergey Skripal və qızının zəhərlənməsi ilə bağlı əsaslı dəlillər təqdim etməzsə, vətəndaşlarımızın həyatına sui-qəsd edildiyini düşünəcəyik"
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
"İngiltərənin mövqeyi bir çox sualların yaranmasına səbəb olur. İngilis xalqı ciddi təhdid yaradan bu olaydan bixəbərdir və olay zamanı yaralananların dəqiq sayı bəlli deyil. Bu durum bizi hadisədə ingilis kəşfiyyatının əli olduğunu inanmağa sövq edir. Faktların təqdim edilməsi ilə bağlı məsuliyyət İngiltərənin üzərindədir”, – deyə nazirliyin bəyanatında bildirilib.
Qeyd edək ki, Britaniya QRU-nun keçmiş zabiti Sergey Skripalın zəhərlənməsi ilə bağlı məsuliyyəti Rusiyanın daşıdığını bildirsə də, Rusiya bu ittihamları birmənalı rədd edir/Axar.az.
MilliYol.Az
Digər xəbərlər
loading...