Azərbaycan ərazisində zəif toz dumanı müşahidə olunur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən “Report”a verilən məlumata görə, mütəxəssislərin apardığı monitorinqlərin nəticələrinə əsasən 29-30 mart tarixində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır.
Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı departament operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində səhər saat 9:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.
MilliYol.Az
Digər xəbərlər
loading...