İnterpol daha bir azərbaycanlı qadın barədə axtarış elan edib
1976-cı il təvəllüdlü Nərgiz Mirzoyeva sənəd saxtalaşdırmaq və dələduzluqda ittiham olunur.
Rusiya hüquq-mühafizə orqanları əməkdaşları N.Mirzoyeva barəsində cinayət işi başlasa da, təqsirləndirilən qadın istintaqdan yayınıb. Bu məqsədlə də Rusiya məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi barədə qərar çıxarıb.
İnterpol həmin qərar əsasında N.Mirzoyeva barəsində beynəlxalq axtarış elan edib. (Trend)
Digər xəbərlər
loading...