Əməkdar artist Röya Ayxan ilə xalq artisti Aygün Kazımova arasındakı qalmaqal böyüyür
Musavat.com xəbər verir ki, Kazımova “Instagram”da 2002-ci ildə Heydər Əliyev adına sarayda keçirilən “Gələrsiniz, görərsiniz” konsertindən görüntülər yayaraq, küsülü olduğu həmkarlarını işarələyib və “Yaxşı ki, varıq” şərhini yazıb. Onlar arasında əməkdar artist Röya Ayxan da olub. Röya isə Aygünü jestinə "Ətim töküldü" cavabını verib.
Aygünün ona "Sus"deyərək cavab verməsinə isə səssiz qalmayıb: “Heç kim və heç nə mənim konsert havamı poza bilməz. Niyə? Çünki mən keçmişlə qurdalanmıram. Hər günümdə bir yenilik var. Çox şükür ki, övladam, dostam, müdirəm, bacıyam, baldızam və övladının hər bir gününü gözdən qaçırmayan anayam.
Xoşbəxtəm, çünki əzmirəm, əzilmirəm. Ayağımın altında qalanlar isə yaşıl işıqda önümdən keçənlərdir. Allah məni o günə salmasın”.
Digər xəbərlər
loading...