ABŞ özünün hərbi qüvvələrini yenidən Baltikyanı ölkələrdə yerləşdirməlidir
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces deyib.
“Fikrimcə, logistika və ya hava hücumundan müdafiə qüvvələrini Baltikyanı ölkələrdə yerləşdirmək lazımdır. Bu, Rusiyanın qarşısının alınmasında faydalı ola bilər. Bunun sayəsində ABŞ hərbçiləri Estoniya, Litva və Latviyada həmişəlik qala bilərdilər”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ Baltikyanı ölkələrdə öz qüvvələrini 2014-cü ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra yerləşdirib. Keçən il Litva, Latviya, Estoniya və Polşada NATO beynəlxalq batalyonunun yaradılmasından sonra ABŞ Baltikyanı ölkələrdəki rotalarını çıxarıb.
Digər xəbərlər
loading...