Azərbaycanda vərəm infeksiyası ilə əlaqədar epidemioloji vəziyyət stabildir
Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, keçən il ölkədə vərəmlə xəstələnmə halları hər 100 000 əhaliyə 39.8 təşkil edib.
"Bundan başqa, 2016-cı ildə dünyada 6.3 milyon yeni vərəm xəstəsi aşkar edilib və qeydiyyata alınıb. Vərəmin ən çox yayıldığı ölkələr Hindistan, İndoneziya, Çin, Pakistan və Filippindir. 6.3 milyon yeni vərəm xəstəsi arasında 490 000-ni dərmanlara davamlı vərəm xəstəsidir. Dərmanlara davamlı vərəm ildən ilə artmaqda davam edən təhlükə olaraq qalır", - deyə Nazirlikdən bildirilib.
Digər xəbərlər
loading...