Naftalan şəhəri ərazisində güllələnən qadının kimliyi məlum olub
Goranboy rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhər ərazisindəki sanatoriyada baş verib.
Sanatoriyanın işçisi Zeynalova Günay Gəray qızı Naftalan şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Əli Hüseyn oğlu ilə mübahisə edib. Aralarında yaranan mübahisə nəticəsində Ə.Hüseynov özü ilə gəzdirdiyi tüfənglə G.Zeynalovanı güllələyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Ə.Hüseynov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.
Digər xəbərlər
loading...