Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Ceyhun Canıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb
APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, C. Canıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, iş adamı Ceyhun Canıyev Bakıda bir neçə sahibkarı aldatmaqla onlardan külli miqdarda pul alıb.
C. Canıyev ümumilikdə 12 milyon dollar mənimsəməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Digər xəbərlər
loading...