Kemerovo faciəsi hakimiyyət üçün nəticəsiz qalacaq
Axar.az xəbər verir ki, bunu “Obozrevatel” saytına açıqlamasında rusiyalı bloger Slava Rabinoviç deyib.
“Putin Suriya avantürasına başlayanda Misir səmasında 200 Rusiya vətəndaşı həlak oldu. Bu, Rusiya vətəndaşlarının iştirakı ilə dünya aviasiyasında baş verən ən böyük faciə idi. Lakin insanlara kompensasiya payladılar. Mən o zaman Putin üçün hansısa nəticənin olduğunu görmədim. Bu dəfə də Putin üçün qlobal nəticələr olmayacaq. Televiziyalar vasitəsilə zombiləşdirilən sadə insanlar anlamırlar ki, qubernator seçkisinin, prezident seçkisinin, mer seçkisinin olmamasıyla bu faciələr arasında əlaqə var. Bu seçki sisteminin olmamasına görə indi Kemerovo qubernatoru xalq qarşısında yox, Putin qarşısında üzr istəyir”, – deyə o bildirib.
Qeyd edək ki, baş verən faciə ilə əlaqədar Kemerovo vitse-qubernatoru əhalinin qarşısında diz çökərək, üzr istəmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...