Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoyun Vaşinqtona səfəri zamanı Suriyanın Mənbic şəhərinin PYD və YPG terrorçularından azad edilməsi məsələsi müzakirə ediləcək
Trend bu barədə Türkiyə XİN-ə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, H.Aksoy martın 30-u ABŞ-a səfər edəcək.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Mənbicə doğru hərəkət etdiyini bildirmişdi.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.
Martın 27-i isə Təl-Rifat bölgəsi Türkiyə Silahlı Qüvvələri tərəfindən azad olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...