Astrid Lindqren adına ədəbiyyat mükafatının 2018-ci il üçün laureatı bəlli olub
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu, amerikalı yazıçı Jaklin Vudsondur. O, 1963-cü ildə doğulub və 30 yaxın kitabın müəllifidir. Bunlardan ən məşhuru "Qəhvəyi qızın xəyalı"dır.
Bu ilki müsabiqədə 60-dan çox ölkədən 235 uşaq yazıçısı iştirak edib.
Mükafat 2003-cü ildən təqdim olunur. Bu, yeniyetmə və uşaq ədəbiyyatı sahəsində ən nüfuzlu beynəlxalq mükafat sayılır.
MilliYol.Az
Digər xəbərlər
loading...