Kemerovo şəhərindəki “Zimnyaya vişnya” ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlər arasında 41 uşaq var
Azərtac Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Vladlen Aksyonov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Xilasedicilərin sözlərinə görə, yanğın nəticəsində ümumilikdə 64 nəfər həlak olub. Sosial şəbəkələrdə isə yanğın qurbanlarının sayının bundan çox olduğu barədə məlumatlar yayılır.
Xatırladaq ki, Kemerovodakı dördmərtəbəli “Zimnyaya vişnya” ticarət mərkəzində yanğın bazar günü baş verib. Yanğın bir neçə kino zalı və uşaq oyunları zonasının yerləşdiyi yuxarı mərtəbədə başlayıb. Bir qədər əvvəl Rusiya FHN həlak olanların hamısının cəsədlərinin aşkarlandığı və itkin düşənlərin olmadığı barədə məlumat yayıb. Martın 28-i Rusiyada matəm günü elan olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...