20 saylı məktəb-liseydə şagirdlərdən hər ay pul yığılır.
Qaynarinfo-ya daxil olan məlumata görə, məktəbin direktoru Səadət Veysova valideynlərlə iclas keçirərək Valideyn Müəllim Assossasiyası yaradıb və assossasiyaya da valideynlər arasından prezident və xəzinədar seçilib. Məktəbdə təhsil alan hər şagirddən həmin təşkilat üçün ayda 5 manat pul yığılır və bu pulların guya kağız, marker və digər dəftərxana ləvazimatları üçün xərcləndiyi bildirilir.
Qeyd edək ki, məktəbdə 3000-ə yaxın şagird təhsil alır. Bu isə ayda 15000 manata yaxın vəsait yığılması deməkdir. Sinif rəhbərləri pul verməyən şagirdləri hər gün sıxışdırır, bu da valideynlərin haqlı narazılığına səbəb olur.
Sayt məsələ ilə əlaqədar 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova ilə əlaqə saxlayıb. Direktor açıqlamasında bununla bağlı heç bir məlumatı olmadığını və məsələni öyrəndikdən sonra məlumat verəcəyini bildirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, fakt araşdırıldıqdan sonra ətraflı məlumat veriləcək.
***
Valideyn Müəllim Assossasiyası üçün hər bir şagirddən aylıq 5 manat pul yığılması ilə bağlı 20 nömrəli məktəbdən açıqlama verilib.
Özünü direktorun köməkçisi kimi təqdim edən şəxs Qaynarinfo-ya açıqlamasında VMA-ların bütün məktəblərdə olduğunu, bəzilərində şagirdlərdən 3-5 manat, bəzilərində də aylıq 10 manat yığıldığını bildirib.
- Valideyn Müəllim Assossasiyaları Təhsil Nazirliyinin qərarı ilə 2005-ci ildə təsdiq olunub. Nizamnaməsi və əsasnaməsi var. Elə məktəblər var ki, 10 manatdır, bizdə isə 5 manatdır. Ola bilər ki, hansısa müəllim valideyndən artıq pul istəyib. VMA pedaqoji şura ilə təsdiq olunan bir qurumdur. İndi hər məktəbin öz VMA-sı var. Elə məktəb var yığılan vəsaiti öz hesabına keçirir. Bizim məktəb də yeni yaradılıb. Hesab açılacaq. Məktəbin mühafizəsini, xadiməsini, qapısını, bacasını saxlamaq da orada gedir. Biz indi sizə onunla bağlı hesabat vermirik. Sadəcə bilin ki, VMA-nın özünün nizamnaməsi və əmri var.
- Məktəbin qapısını, bacasını deyirsizə bu dövlət məktəbidir və dövlət də bunun üçün büdcədən vəsait ayırır
- Bəli dövlətin məktəbidir. Qapıdan, bacadan getmədi söhbət...
Daha sonra direktor müavini jurnalisti hədələyərək bir daha zəng vurmamağı tələb edib.
Digər xəbərlər
loading...