"Bizim onlar kimi hərəkət etməyimiz müzakirə mövzusu deyil"
MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Sergey Skripal hadisəsi ilə bağlı Qərb ölkələri tərəfindən Rusiya diplomatlarının "arzuolunmaz şəxs" elan olunmasına münasibət bildirərkən deyib.
Bolqarıstanın Varna şəhərində keçirilmiş Avropa İttifaqı-Türkiyə zirvəsindən qayıdan R. T. Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
"İngiltərə və Rusiya arasında casusluq böhranı böyüyür. Aİ-nin 14 ölkəsi Rusiya diplomatlarını xaric etmək qərarına gəldi. Türkiyəyə bu yöndə bir basqı varmı?" sualına R. T. Ərdoğan belə cavab verib: "Xarici İşlər nazirliyimiz Türkiyənin mövqeyini istər NATO-ya, istərsə də Avropa İttifaqına çatdırır. Bizim tamamən onlar kimi hərəkət etməyimiz söhbət mövzusu deyil. Bir iddiaya istinadən bəzi ölkələr addım atdı deyə, biz də eyni addımı atmalıyıq şəklində bir anlayış içində olmağımız mümkün deyil".
MilliYol.Az
Digər xəbərlər
loading...