ABŞ və onunla müttəfiq ölkələrlə münasibətləri yaxşılaşdırmaq üçün Moskva Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripalın zəhərləndirilməsində məsuliyyət daşıdığını etiraf etməlidir
MilliYol.Az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
“Rusiya hökuməti ilə danışıqlara qapı açıqdır, lakin əgər Rusiya münasibətləri yaxşılaşdırmaq istəyirsə, ilk növbədə, bu hücuma görə məsuliyyət daşıdığını etiraf etməlidir, düşüncəsiz və aqressiv davranışa son qoymalıdır”, – deyə Xezer Nauert bildirib.
Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Rəsmi London insidentdə Rusiyanı günahlandırır, Moskva isə bütün ittihamları rədd edir.
MilliYol.Az
Digər xəbərlər
loading...