Bu gün Bakıda Rusiya səfirliyində dövlət bayrağı endirilib
Bu addım martın 25-də Rusiyanın Kemerovo vilayətində ticarət mərkəzində baş vermiş yanğında çoxsaylı insan tələfatı ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı atılıb.
Ötən gün Rusiya Prezidenti Vladimir Putin ölkədə matəm elan olunması barədə sərəncam imzalayıb. Sərəncamla ölkə daxilində və xaricində rəsmi dövlət inzibati binalarının üzərindəki Rusiya bayraqları endirilib.
Qeyd edək ki, martın 25-da Kemerovo şəhərindəki "Zimnyaya vişnya" Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində, son məlumatlara görə, 67 nəfər həlak olub.
MilliYol.Az
Digər xəbərlər
loading...