Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoxlama oyununa çıxacaq
“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı yığmamız Antalyada Makedoniya ilə qarşılaşacaq.
Xatırladaq ki, yığmamız bu rəqiblə indiyə qədər 6 dəfə qarşılaşıb. Bu oyunlarda qələbəyə həsrət qalan komandamız 5 məğlubiyyətə üzülübsə, cəmi 1 dəfə heç-heçə ilə təsəlli tapıb. Bu oyunda isə futbolçularımız ilk dəfə makedonlara qalib gəlməyə çalışacaqlar.
Bu görüş millimiz üçün daha bir tarixi hadisə ilə əlamətdar olacaq. Belə ki, “Mardan” stadionunda keçiriləcək görüşdə videotəkrar sistemindən istifadə olunacaq ki, bu da millimizin tarixində ilkdi.
Yoldaşlıq oyunu
27 mart
20:00. Azərbaycan – Makedoniya
Hakimlər: Halis Özkahya, Kemal Yıldırım, Kerem Ersoy, Ali Palabıyık (hamısı Türkiyə).
Antalya. “Mardan” stadionu.
***
Azərbaycan: Kamran Ağayev, Ürfan Abbasov, Ruslan Abışov, Maksim Medvedev, Tural Axundov, Namiq Ələskərov, Dmitri Nazarov, Araz Abdullayev, Amil Yunanov
Makedoniya: Dimitrievski, Ristovski, Ristevski, Velkovski, Musliu, Nikolov, Bardi, Radeski, Triçkovski, Traykovski, Pandev
Digər xəbərlər
loading...