«AzPolitika.info»-nun xarici KİV-ə istinala verdiyi xəbərə görə, Türkiyənin Baş naziri Binəli Yıldırım İraqın Baş naziri Haydar əl-Əbadi ilə telefon danışığı zamanı söz verib ki, ölkəsi Bağdadın razılığı olmadan, İraqda hərbi əməliyyatlara başlamayacaq
Bu barədə xəbəri Əl-Əbadinin mətbuat xidməti yayıb.
Bazar ertəsi Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, əgər İraq Sincar şəhərini PKK terrorçularından təkbaşına təmizləyə bilməsə, Ankara bu istiqamətdə lazım olan hər şeyi edəcək.
Bundan əvvəl, Ərdoğan bəyan etmişdi ki, əgər İraq hökuməti Sincardan PKK dəstələrini «qova bilməsə», Türkiyə bu şəhərə yönəlik hərbi əməliyyata başlayacaq.
Bəyanata uyğun olaraq, Yıldırım «İraq ərazisində PKK döyüşçülərinə qarşı hərbi əməliyyatların keçirilməsi barədə İraq və Türkiyə arasında razılaşmanın olmadığını da təsdiqləyib».
«Biz, istərdik ki, edək. Amma İraq hökumətinin razılığı olmadan, hər-hansı əməliyyat keçirməyəcəyik və biz, onlarla razılıq əldə etdiyimizi nəzərdə tutmamışdıq» – deyə, xəbərdə Türkiyənin Baş nazirindən sitat gətirilir.
Əl-Əbadi də öz növbəsində, qeyd edib ki, sərhədlər İraq qüvvələrinin nəzarəti altındadır və Bağdad terrorçuların İraq sərhədini keçib, Türkiyə ərazisinə daxil olması istiqamətində bütün cəhdlərə qarşıdır.
Türkiyə hökumətinin başçısı eyni zamanda, İraq hökumətinin terrorçu qruplaşmalar üzərində qələbə çalmasını və ölkənin şimalında Ərbil və Süleymaniyyə aeroportlarının açılmasını alqışlayaraq, əlavə edib ki, Türkiyə İraq Kürdüstanı ilə aviadaşımaların bərpası barədə qərarını təsdiqləyib.
Bundan əvvəl, Yıldırım bəyan etmişdi ki, Türkiyə İraq Kürdüstanı muxtariyyəti ilə aviadaşımaları martın 23-dən başlayaraq, bərpa edəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...