Kataloniya Muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon saxlanılıb
APA-nın məlumatına görə, bu barədə TASS agentliyi məlumat yayıb.
K. Puçdemon Almaniya polisi tərəfindən saxlanılıb.
Qeyd edək ki, 27 oktyabr 2017-ci ildə Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub. Həmin il noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib.
Keçən il dekabrın 5-də İspaniya Ali Məhkəməsi Kataloniyanın keçmiş rəhbəri K. Puçdemonun həbsinə dair beynəlxalq orderi ləğv edib.
MilliYol.Az
Digər xəbərlər
loading...