Yanvarda ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz artaraq 519,8 manata çatıb
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əməkhaqqı neft sektorunda 3129,2 manat, qeyri-neft sektorunda 458,9 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 394,2 manat, özəl müəssisələrdə isə 695,0 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Digər xəbərlər
loading...