Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Sergey Skripal hadisəsi ilə əlaqədar Rusiyaya qarşı sərt addımların anonsunu veriblər
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, E. Makron Brüsseldə A. Merkel ilə görüşündə Rusiyaya qarşı sərt və əlaqələndirilmiş addımlar atmağa hazır olduğunu bildirib.
O qeyd edib ki, Britaniyanın Solsberi şəhərində baş vermiş hadisə bütün Avropanın təhlükəsizliyi üçün təhdiddir: “Bu, Avropa İttifaqı və onun üzvləri tərəfindən qətiyyətli, əlaqələndirilmiş cavab tələb edir. Bir neçə ölkə, o cümlədən Fransa və Almaniya tezliklə koordinasiya olunmuş qərar qəbul edəcəklər”.
A. Merkel də Rusiyaya qarşı ittihamlara qoşulub. Onun sözlərinə görə, bu ittihamların möhkəm əsası var. Kansler Rusiyaya qarşı mümkün addımları Fransa ilə müzakirə etdikdən sonra icra etməyə başlayacaqlarını söyləyib.
Xatırladaq ki, Aİ Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Digər xəbərlər
loading...