Aprel ayının əvvəlində Bayıl sürüşmə zonasında geniş buruq qazma işlərinə başlanılacaq
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
O bildirib ki, son günlər aparılan monitorinqlərin nəticəsinə əsasən, Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb.
R.Həsənovun sözlərinə görə, ərazidə bir neçə ay araşdırma və digər müvafiq işlər aparılacaq, işlər başa çatandan sonra yekun rəy veriləcək: “Yekun rəydə ərazidəki sürüşmə sahəsinin, orada baş verən geoloji proseslərin dəqiq analizi veriləcək. Hazırda ərazidə müşahidə işləri aparılır”.
Sakinlərin sürüşmə zonasında yerləşən evlərinə qayıdıb-qayıda bilməyəcəyi məsələsinə gəlincə, mütəxəssis qeyd edib ki, hələ bununla bağlı qərar vermək tezdir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının işi ərazidə olan geoloji proseslərə nəzarət etmək və qeydə alınan faktları qiymətləndirməkdir.
Təbii ki, bu məsələyə də baxılacaq. Bəlkə də, sakinlərin evlərinə qayıtması mümkün olacaq, amma bu aparılacaq işlərin nəticələrindən və yekun rəydən asılıdır”.
Digər xəbərlər
loading...