2018-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 32,3 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,1 faiz azalma müşahidə olunub
Yüklərin 4,3 faizi dəniz, 6,6 faizi dəmir yolu, 0,1 faizi hava, 58,3 faizi avtomobil nəqliyyatı, 30,7 faizi isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 1,1 faiz artaraq 23,7 milyon ton təşkil edib.
2018-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 299,2 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox sərnişinə xidmət göstərib.
Sərnişinlərin 87,6 faizi avtomobil nəqliyyatı, 12,2 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.(trend)
Digər xəbərlər
loading...