Məşhur müğənni Hadisə ilə bağlı hər kəsi heyrətləndirən iddia ortaya atılıb
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənninin 2 ildir rəhbəri olduğu çimərliyin sahibinə 1 milyon 900 min lirəlik (təxminən 800 min manat) borcunu ödəməyib.
Tərəflər alış-veriş işində məhkəməlik olub. Bundan sonra Hadisə borcun 1 milyon lirəsini ödəyib. Daha sonra 900 min lirəni almaq üçün yenidən məhkəməyə gedən mülk sahibi şok olub.
Hadisənin öz adına heç bir mülkün olmadığı, təzminatlara görə bank hesablarının sıfır olduğu ortaya çıxıb. Ötən günlərdə Hadisənin cangüdəni də maaşını ala bilmədiyini demişdi. Hazırda Amerikada olan Hadisənin məsələ ilə bağlı açıqlaması gözlənilir.
Digər xəbərlər
loading...