ABŞ Konqresinin Nümayəndələr Palatasından sonra yuxarı palata – Senat da 2017-ci il oktyabrın 1-dən başlamış 2018-ci maliyyə ili üçün federal büdcə layihəsini təsdiqləyib
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, büdcə qanununda Rusiya təsiri ilə mübarizə və ABŞ seçki sisteminin müdafiəsinin gücləndirilməsi üçün vəsait ayrılıb.
Belə ki, müvafiq dövlət qurumlarına Rusiya təsiri ilə mübarizə məqsədilə azı 250 milyon dollar ayrılması nəzərdə tutulub. Bu məbləğ “Avropa, Avrasiya və Mərkəzi Asiyaya yardım”, “Xarici hərbi yardım” və digər başlıqlar üzrə ayrılacaq.
Seçki sisteminin müdafiəsinin gücləndirilməsi üçün dövlət qurumlarına qrantlar şəklində 380 milyon dollar veriləcək. Rusiyanın kiberhücumları ilə mübarizə üçün isə Federal Təhqiqatlar Bürosuna (FBİ) 307 milyon dollar ayrılıb. Rusiyanın əsas silah şirkəti – “Rosoboroneksport”la əməkdaşlıq və hər hansı digər əlaqələrə qoyulmuş qadağa uzadılıb.
Qeyd edək ki, 1,3 trilyon dollarlıq büdcə layihəsi prezident Tramp tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Digər xəbərlər
loading...