“Forbes” jurnalı Rusiyanın ən yüksək gəlirləri olan 10 milyarderinin adlarını açıqlayıb
MilliYol.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, jurnal bu dəfə milyarderlərin son bir il ərzində əldə etdikləri qazancı əsas götürüb.
Birinci yerdə 2,3 milyard dollar mənfəətlə “Sibur” şirkətinin hissədarı, Rusiya prezidenti Vladimir Putinin kürəkəni olan Kirill Şamalov qərarlaşıb.
İkinci yerdə 1,56 milyard dollarla Rusiyada ən böyük polad şirkəti olan “Severstal” şirkətinin rəhbəri Aleksey Mordaşov qərarlaşıb.
Üçüncü yerdə isə 1,23 milyard dollar qazancla polad şirkəti “NLMK”nın direktoru Vladimir Lisinin gəlir.
Rusiyanın “LUKoyl” neft şirkətinin prezidenti, Vahid Ələkbərov da 750 milyon dollarlıq gəlirlə siyahıda adı çəkilən milyarderlərdəndir.
Qeyd edək ki, “Forbes” jurnalı 2017-ci ilin sonunda ən zəngin rus milyarderinin 19,1 milyard dollarlıq sərvətlə Vladimir Lisinin olduğunun açıqlayıb.
Digər xəbərlər
loading...