Fransanın keçmiş prezidenti ondan 100 milyon dollardan çox rüşvət alıb
Pyotr Akopov
vzqlyad.ru, 20.03.2018
Fransanın keçmiş prezidenti Nikol Sarkozinin həbsi təzəcə başa çatmış Rusiya seçkiləri fonunda xüsusən səciyyəvidir. Sarkozinin ünvanına ittihamlar düzgündürsə, Qərb seçkilərində baş verən biabırçı qanunsuzluqları ifşa edir. Hakimiyyət xatirinə adamları pulla satın almağa, qətlə və bütöv ölkələri dağıtmağa hazır olan elitanın təmsilçiləri Rusiyanın siyasi qaydalarını tənqid edirlər.
Qərbdə Rusiyadakı seçkiləri (özlərininkindən fərqli olaraq) demokratik saymırlar. Hər şeydən əlavə, Rusiyanı həm də Amerika və Avropa seçkilərinə müdaxilədə ittiham edirlər. Amma gerçəklikdə görürük ki, Qərb dünyasının prezident respublikası olan iki əsas ölkəsində seçkilər ətrafında son dərəcə iriçaplı fırıldaqlar baş verir.
Hazırda Amerikadakı son seçkilərin təfərrüatlarını araşdırmayacağıq. Təkcə xatırladaq ki, əvvəlcə Hillar Klintonun namizədliyinin irəli sürülməsi və Berni Sanders üzərində qələbəsi üçün Demokratik Partiya aparatının bütün gücü işə salınmışdı. Onun Donald Trampa yenilməsindən sonra isə seçilən prezidentə artıq ilyarımdır sabotaj və şuluqluq təşkil edirlər.
Fransaya – dünyada ilk prezident respublikası olmuş ölkəyə baxaq. Ölkənin keçmiş prezidentini – 63 yaşlı Sarkozini birbaşa Nanter şəhər məhkəmə polisinin binasında həbs ediblər. O özünün 2007-ci il seçkiqabağı kampaniyasının maliyyələşdirilməsi haqda məsələ üzrə istintaq üçün gəlmişdi. Həmin seçkiləri udub və Fransanıan prezidenti olub, 2012-də növbəti seçkiləri isə uduzub.
Və budur, Sarkozi indi həbs olunub. Hələlik 48 saatlığa, müddət bitəndən sonra ona ittiham elan edilməsi və sonrakı həbs haqda məsələ həll olunacaq ( son məlumatlara görə, Sarkoziyə artıq ittiham elan olunub və həbsdən azad olunsa da, məhkəmə nəzarəti altında olacaq-tərc.). Və demək olar, dörd il əvvəlkindən fərqli olaraq bu dəfə onun sudan quru çıxmaq şansı ciddi şəkildə azalıb.
Bəli 2014-cü il iyulun 1-də də Sarkozini həbs etmişdilər – o vaxt prezidentliyinin gedişində xidməti durumdan sui-istifadə məsələsi üzrə 15 saat sorğuya tutmuşdular. Şübhələnirdilər ki, “Betankur işi”nin – 2007-də onun seçki kampaniyasının Fransanın ən varlı qadını Lilian Betankur tərəfindən qanunsuz maliyyələşdirilməsiylə bağlı əhvalatın təhqiqatının gedişi haqda qapalı məlumat əldə etmək üçün öz imkanlarından istifadə edib. Sarkoziyə o zaman ittiham elan edilib, amma azadlığa buraxıblar. İşi sonra büküblər, 2017-nin sentyabrında isə Betankur 94 yaşında vəfat edib.
Lakin indi Sarkozi haqda əsas şübhə başqa bir rüşvətə aiddir. Və ona pul verən adam da artıq ölmüş olsa da, keçmiş prezidentə qarşı dəlillər istədiyin qədərdir. Məsələ bundadır ki, Fransa ədliyyəsi ölkənin keçmiş prezidentinə iş kəsə biləcəkmi?
Söhbət Sarkozinin sonra da öldürdüyü Qəddafidən götürdüyü pullardan gedir. Bu, orta əsr salnaməsi deyil, zəmanəmizin gerçəkliyidir. Simvolikdir ki, Sarkozinin həbsi qanlı pullarla bağlı əhvalatın düz 7-ci ildönümünə düşüb.
Sarkozi 2011 martın 10-da Liviya üsyançılarını və (Fransanın rəhbərliyi ilə yaradılmış) Milli Keçid Şurasını Liviya xalqının yeganə qanuni təmsilçisi kimi tanıdı. Martın 19-da Qərb ölkələrinin Liviyaya qarşı hərbi-hava əməliyyatı başlandı. Muəmmar Qəddafi və oğlu Seyf-ül-İslam bu iki tarix arasında bildiriblər ki, Sarkozi özünün seçkiqabağı kampaniyasına onlardan pul alıb.
“Sarkozi ağıldankəmdir, – Liviya rəhbəri deyib. – O, Fransanın prezidenti olduğuna görə mənə minnətdar olmalıdır. Seçkiərdə qələbə çalmaqda ona yardım olan vəsaiti ona biz vermişik”.
Qəddafini oğlu elə o zaman Sarkozidən Liviya hökumətindən pulalma faktını boynuna almağı və Liviya hadisələrinə münasibətdə mövqeyi nəzərə alınmaqla bu vəsaiti qaytarmağı tələb edib.
Qəddafinin düzlüyü haqda praktik olaraq şübhə yoxdur. Məsələ təkcə onda deyil ki, onun oğlu Seyf-ül-İslam sağdır, həm də bundadır ki, Sarkoziyə pul verildiyini Liviyanın başqa rəhbərləri, xüsusən keçmiş baş nazirlər Bağdadi əl-Mahmudi və Şükri Hanəm də (sonralar neft naziri postunu tutub və 2012-nin yazında Vyanada qəribə şəkildə suda boğulub) təsdiqləyiblər.
Vasitəçilərdən biri – Livan milyarderi Ziyad Takəddin isə iki il qabaq nağıl edib ki, 2006-2007-də Tripolidən Parisə beş milyon avronu şəxsən göndərib və Sarkozinin sağ əli (seçkilərdən sonra DİN-ə başçılıq edən) Klodu Qeanaya təhvil verib. Sarkozinin maliyyələşdirildiyi haqda Qəddafinin inanılmış şəxslərindən biri Bəhir Saleh də danışıb. Liviya kəşfiyyatının keçmiş rəisi Abdulla Sənussi isə Beynəlxalq Cinayət Məhkəməsinə bu mövzuda ifadə verib. Hətta Sarkozi hələ 2012-nin mayında seçkiləri uduzanda Belarus prezidenti Aleksandr Lukaşenko özünü saxlaya bilməyib:
“Qəddafinin sözlərinə görə, Sarkozi öz seçkiqabağı kampaniyasına 50 milyon dollar deyil, 100 milyon dollardan çox götürüb. Qəddafi səfərə gələndə bunu mənə şəxsən danışıb”.
Bəs Sarkozi öz kreditoruna necə təşəkkür edib? Fransa HHQ 2011-ci il oktyabrın 20-də Qəddafinin kortecinə zərbə endirib. Yaralanmış Liviya rəhbəri öz düşmənlərinin əlinə keçib və qətlə yetirilib. Burada səbəb-nəticə bağlılığı o qədər açıqdır ki, təkcə kor bunu görməyə bilməz.
Bəli, Sarkozi növbəti il prezident seçkilərini uduzub, amma onun qələbəsi üçün mümkün və mümkünsüz hər şey edilmişdi. Məsələn, onun əsas rəqibi – BVF rəhbəri Dominik Stross-Kan uzaqlaşdırılıb. Liviya əməliyyatı başlandıqdan iki ay sonra 2011-ci il mayın 14-də Stross-Kanı Nyu-Yorkda yaşadığı oteldə guya qulluqçu qadını zorladığına görə şübhə üzrə həbs ediblər. İşin Stross-Kan üçün sifarişli xarakteri o zaman heç kimdə şübhə doğurmayıb. Onu tezliklə buraxıblar, amma prezidentliyə irəli sürülmək haqda artıq heç bir söhbət getməyib. Lakin Sarkozi hətta tamamilə simasız Fransua Ollanda uduzmağı bacarıb və kölgəyə çəkilib, xəfəyə girib. O, ümid edirdi ki, rüşvətləri yaddan çıxacaqlar.
Ancaq Sarkozi indi yenidən, o cümlədən “Qəddafinin pulları” səbəbindən meydana çıxıb. İki ay öncə Londonda onun keçmiş köməkçisi, biznesmen Aleksandr Cuhri həbs olunub – düzdür, bir milyon funt sterlinq girov qoymaqla tezliklə azadlığa buraxılıb. Yəni qarşımızda nadir hal var – nüvə silahına sahib olan və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü sırasına daxil olan dövlətin keçmiş başçısı xarici dövlətdən rüşvət almaqda ittiham olunur. Sonrakı hadisələri nəzərə alaraq ona pul verən adamın qətlə yetirilməsi qəsdilə sui-qəsddən tamamilə əsaslı şəkildə şübhələnmək olar. Nəticə bu ölkənin dağıdılması, öz növbəsində təkcə Liviyanın özündə böyük qurbanlara səbəb olmaqda deyil, həm də indiki onilliyin ortalarında Avropanı, az qala, boğan qaçqın böhranında əksini tapıb.
Bütün bunlar ayrı-ayrılıqda əsil casus romanları və seriallar üçün bəs edər. Başqa cür deyilsə, 2007 və 2012-ci il Fransa seçkiləri elə bir cəhənnəm və bayağılıqdır ki, nəyisə uydurmaq da gərək deyil. Amma xeyr – bizə Rusiyadakı ədalətsiz seçkilərdən və Londonda Britaniya kəşfiyyatı agentinin qətlə yetirilməsindən danışacaqlar…
Tərcümə Strateq.az-ındır.
Digər xəbərlər
loading...