Ukrayna Ali Radası Nadejda Savçenkonun deputat toxunulmazlığını ləğv edib
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, N. Savçenko parlamentin binasında Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
***
Ukrayna Ali Radasının reqlament və işin təşkili üzrə komitəsi deputat Nadejda Savçenkonun həbsini qanuni hesab edib.
APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bu barədə qərar komitənin bu gün keçirilən iclasında yekdilliklə qəbul olunub.
Qərara əsasən Baş prokurorluğun Nadejda Savçenkonun cinayət məsuliyyətinə cəlb olunması, saxlanılması və həbsi ilə bağlı 3 təqdimatı qanunidir və əsaslıdır.
Qeyd edək ki, martın 8-də “Zabit korpusu” adlı qeyri-hökumət təşkilatının sədri, separatçılarla Ukrayna hökuməti arasında əsir və girov mübadiləsi məsələləri ilə məşğul olan Vladimir Ruban Donbasda təmas xəttində saxlanılıb. Separatçılarla görüşdən qayıdan V. Rubanın avtomobilində xeyli silah-sursat aşkarlanıb. Martın 9-da Kiyev məhkəməsi onun haqqında 2 aylıq həbs qərarı verib. Ukrayna hüquq-mühafizə orqanları V. Rubanın ölkə rəhbərliyinə qarşı terror aktı planlaşdırdığını bildirir. N. Savçenkonun adı da məhz bu iş üzrə keçir.
Xatırladaq ki, 35 yaşlı keçmiş ukraynalı hərbçi N. Savçenko 2014-cü il 23 iyun tarixində Donbasda gedən döyüşlər zamanı saxlanılaraq Rusiyaya aparılıb və həbs edilib. O, Donbasda iki rusiyalı jurnalistin ölümündə ittiham olunub. 2016-cı ildə Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə əfv olunub. O, Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən Ukraynanın qəhrəmanı titulunu alıb.
Digər xəbərlər
loading...