İstanbul qubernatoru Vasip Şahin Azərbaycan əleyhinə yönəlmiş, erməni İran rejissoru Anait Abadinin çəkdiyi “Yeva” (Həvva) filminin nümayişini qadağan edib
Virtualaz.org ANF alman nəşrinə istinadən xəbər verir ki, kinofilm İstanbulda davam edən Beynəlxalq “Filmmor” qadın kino festivalı çərçivəsində Fransa mədəniyyət mərkəzində göstərilməli idi.
Kinofestivalın təmsilçisi Mələk Özman jurnalistlərə müsahibəsində bildirib ki, bu kino lenti Azərbaycan səfirliyinin diqqətini cəlb edib və böyük narazılığa səbəb olub. İş buraslndadır ki, filmdə gənc erməni qadının həyatından bəhs olunur. O, ərinin ölümündən sonra onun nüfuzlu qohumlarından uşaqları ilə birlikdə qaçmağa məcbur olur.
Nəticədə, qadın “Artsax Respublikası”ndakı (Azərbaycan ərazisində separatçı rejim – red.) kiçik bir kənddə sığınacaq və müdafiə tapa bilir. Filmdə Qarabağ separatçılarının və onların rejiminin fəal təbliğatı aparılır.
“Əvvəlcə Azərbaycan səfirliyi Fransa mədəniyyət mərkəzinə filmin nümayişinin dayandırılması tələbi ilə müraciət etdi. Nəticədə, mərkəzin direktorlar şurası filmə tamaşa edərək əmin olub ki, onu qadağan etməyə bir səbəb yoxdur”, - o bildirib.
Mələk Özman deyib ki, bundan sonra Azərbaycan tərəfi Türkiyə hökumətinə müvafiq müraciət göndərib.
“Biz bildirdik ki, bütün ölkələrin heysiyyatını nəzərə alaraq filmləri qadağan edə bilmərik. Buna baxmayaraq, Azərbaycan tərəfi Türkiyə XİN-ə və şəxsən xarici işlər nazirinə müraciət edib. Nəticədə, bizə filmi nümayiş etdirməyi qadağan etdilər”, - Özman qeyd edib.
Digər xəbərlər
loading...