Martın 20-də İctimai Televiziyada 11 aprel Prezident seçkilərində iştirak edən namizədlərin ikinci debatı baş tutub. İkinci debatın mövzusu regionların sosial-iqtisadi inkişafı olub
İkinci debatda namizədlərin əksəriyyəti hökuməti kəskin tənqid edib. Birinci debatdan fərqli olaraq bu dəfə namizədlərin heç biri çıxışlarında əxlaqdan və tərbiyədənkənar sözlər işlətməyiblər. Düzdür, prezidentliyə namizədlər Razi Nurullayev, Araz Əlizadə kimi ara-sıra məzmunsuz, mövzuya heç bir aidiyyatı olmayan mənasız fikirlər səsləndirənlər də olub.
Ancaq əksəriyyət mövcud hökumətin fəaliyətini kəsgin tənqid edib, regionlarda böyük problemlərin olduğunu, icra başçısılarının sahibkarları incitdiyini bildiriblər.
MilliYol.Az “AzPolitika”-a istinadən ilk debatın videoyazısını təqdim edir:
Digər xəbərlər
loading...