Sergey Lavrov Rusiya xarici işlər naziri vəzifəsini tərk edəcək və Vladimir Putinin seçkilərdən sonra formalaşdıracağı yeni hökumətin tərkibinə daxil edilməyəcək
Virtualaz.org-un məlumatına görə, bu barədə RTVI nəşrinə eyni vaxtda xarici siyasət idarəsinə yaxın bir neçə mənbə danışıb.
Nəşrin Xarici İşlər Nazirliyindəki mənbələrinin sözlərinə görə, Sergey Lavrov artıq bir neçə il idi ki, 2004-cü ildən tutduğu nazir vəzifəsini tərk etmək istəyirdi, — hər şeydən əvvəl yorulduğuna görə. Və bu heç kim üçün sirr deyildi. Amma o, Vladimir Putinin inadlı xahişinə görə, prezident seçkilərinə qədər vəzifəsinin icrasını davam etdirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə RTVI-yə müsahibəsində deyib ki, o, Lavrovun öz postunda qalıb-qalmayacağını bilmir.
Digər xəbərlər
loading...