Lənkəran şəhərində Anar Mahmudov küçəsində yaşayan 1966-cı il təvəllüdlü Əmənov Şirzad Əlihüseyn oğlu ötən gecə övladları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib
"Report"un verdiyi xəbərə görə, çoxlu qan itirən Ş.Əmənov əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Əvvəlcə hadisənin naməlum şəxs tərəfindən törədildiyi söylənilsə də, ilkin istintaq zamanı cinayəti Ş.Əmənovun kürəkəninin törətdiyi üzə çıxıb. Qohumlar arasında baş verən münaqişə kürəkənin qayınatanı bıçaqlaması ilə nəticələnib.
Qeyd edək ki, hadisə ötən gecə, saat iki radələrində, şərti olaraq "RayPo" adlanan yaşayış massivində qeydə alınıb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən Ş.Əmənovun vəziyyəti ağır olaraq qalır.
Təfərrüatlar açıqlanmasa da, hadisəni törədən şəxsin saxlanıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
loading...