Son 1 ildə Bakıda "Pulsuz Wi-Fi" şəbəkəsindən istifadə edənlərin sayı 4 milyon nəfəri ötüb
"Report" xəbər verir ki, hazırda paytaxtın 18 məkanında “Pulsuz Wi-Fi” şəbəkəsi mövcuddur.
Ardıcıl olaraq Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı, “Ağ şəhər” parkı, “Sahil” bağı, “Sabir” bağı, “Xaqani” bağı, “Axundov” bağı, “Zabitlər” parkı, “Qış” parkı, “Hüseyn Cavid” bağı, “Səməd Vurğun” bağı, “Muğan” bağı, “Fashion Avenue”, “Dədə Qorqud” parkı, “İzmir” parkı və “Nərimanov” parkı – ictimai şəbəkəyə qoşulub.
Xatırladaq ki, ötən il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Baktelecom” tərəfindən paytaxt sakinləri və şəhərimizin qonaqları üçün “Pulsuz WiFi” şəbəkəsi aktiv edilib.
Digər xəbərlər
loading...