Myanma prezidenti U Txin Çjo istefa verib
APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, 71 yaşlı U Txin Çjo 2016-cı ilin martında parlamentdə prezident seçildikdən 2 il sonra istefa verib.
U Txin Çjonun istirahət etmək üçün istefa verdiyi açıqlanıb. Bundan əvvəl prezidentin səhhəti ilə bağlı istefa verəcəyi barədə xəbərlər yayılsa da, Myanma hakimiyyəti bu xəbərləri təkzib etmişdi.
Qeyd edək ki, U Txin Çjo 1962-ci ildə hərbi çevrilişdən sonra hərbiçilərin təmsilçisi olmayan ilk prezident olub. Universitet professoru olan U Txin Çjo həm də Demokratiya Uğrunda Milli Liqanın lideri, Nobel mükafatı laureatı Aun San Sunun yaxın dostu və tərəfdarı olub.
Parlament qarşıdakı 7 gün ərzində yeni prezident seçəcək.
Digər xəbərlər
loading...