Martın 19-u axşam saat 22:30 radələrində rayonun Cəfərabad kənd sakini, 2008-ci il təvəllüdlü Amin Ramil oğlu Bəkirov sağ budun it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub
Şəki MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 10 yaşlı A.Bəkirovu yaşadığı kəndin ərazisində küçədə sahibsiz itin dişlədiyi məlum olub.
A.Bəkirova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Digər xəbərlər
loading...