“Qərblə Rusiya arasında münasibətlərin hətta daha çox kəskinləşəcəyi təqdirdə belə “dəmir pərdə” dövrünə qayıdış olmayacaq”
“Bu gün ABŞ və Aİ Moskva ilə münasibətlərini köklü şəkildə dəyişirlər”.
Bunu virtualaz.org-un əməkdaşı ilə söhbətində irlandiyalı diplomat, BMT sisteminin Ukraynadakı koordinatoru Frensis O’Donnel deyib.
“Heç bir Avropa ölkəsi, hətta Böyük Britaniya özü belə Rusiya ilə münasibətlərin tamamilə kəsilməsində maraqlı deyil. Bəli, QRU-nun keçmiş polkovniki Sergey Skripalın zəhərlənməsi ilə əlaqədar Londondan 23 rusiyalı diplomat deportasiya edilib və Qərblə Rusiya arasında gərginlik zirvə nöqtəsinə çatıb. Prezident Vladimir Putinin seçkilərdə qələbəsi isə göstərir ki, qarşıdurma hələ uzun müddət qalacaq. Gərginliyin başlanmasına səbəb Krımın ilhaqı və Moskvanın bir sıra digər hərəkətləri oldu. Bu problemlər həll olunmayana qədər qarşılıqlı münasibətlər normallaşmayacaq”, - diplomat şübhə etmədiyini bildirib.
Lakin onun fikrincə, Londonun Skripalın zəhərlənməsi ilə bağlı müzakirələri BMT müstəvisinə keçirməsi özü özlüyündə müsbət haldır. Bu hadisənin BMT-də müzakirəsi dünyanın təhlükəsizliyini təhdid edən təhlükəli qərarlar qəbul edilmədən birbaşa dialoq üçün imkan yaradır.
O’Donnel Rusiya qazı üzündən Aİ ölkələri arasında fikir müxtəlifliyinin yaranması ehtimalını da təkzib edir. O qeyd edir ki, “Brexit”dən sonra bir çox Avropa dövlətlərində nəzərə çarpan Aİ-ni tərk etmək tendensiyası Aİ-nin birliyinin dəstəklənməsinin güclənməsi ilə əvəz olundu.
“Rusiya qazının alışında Almaniya maraqlıdır, Fransa və Böyük Britaniya üçünsə Rusiyadan enerji ehtiyatlarının alınması sərfəli deyil. Onlar bunu Kanadadan əldə edirlər. Lakin Trampın enerji ehtiyatlarının Avropaya təchizatı ilə bağlı planlarının perspektivi yoxdur. Amerikanın şist enerji daşıyıcılarının Avropada bazarı, demək olar ki. yoxdur, o, qazıntı şəklində əldə olunan yanacağın istifadəsindən uzaqlaşır”, - ekspert vurğulayıb.
O’Donnel Putinin Rusiyaya məxsus yeni nüvə energetik qurğusu olan qanadlı raket barədə bəyanatına da bədbin yanaşır.
“Çox şübhə edirəm ki, Rusiya preidentinin söz açdığı trayektoriyası öncədən müəyyən edilə bilməyən və bu cür texniki göstəricilərə malik raketlər mövcuddur. Amerika kəşfiyyatı iddia edir ki, Rusiyada belə sistemlər yoxdur. Artıq 20 ildir ki, orada bu silah hazırlanmaqdadır, lakin heç nə edə bilmirlər. Hər halda, möcüzəli silah haqqında cizgi filmindən başqa dünya ictimaiyyətinə heç nə nümayiş etdirə bilmədilər. Bəli, RF-in fövqəlsilah düzəltmək planı var, lakin bunlar hələlik plan səviyyəsindədir. Buna görə də, Putinin hipersəs silah barədə bəyanatı yalnız seçkiöncəsi kampaniyasının bir hissəsi idi. Rusiya özünü digər qlobal oyunçularla bütün istiqamətlər üzrə rəqabət apara bilən fövqəldövlət kimi göstərməyə çalışır. Lakin iqtisadi baxımdan hardasa İspaniya, İtaliya səviyyəsində olan Rusiyanın buna gücü çatmır. Yalnız hərbi gücə və nüvə potensialına arxalanmaq isə riskli işdir, bu son nəticədə hərbi münaqişələrə cəlb olunmağı nəzərdə tutur. Rusiya isə ABŞ kimi belə bir münaqişədə ilişib qala bilər”, - diplomat sözlərini yekunlaşdırıb.
Digər xəbərlər
loading...