Keçmiş Fransa prezidenti Nikola Sarkozi polis tərəfindən saxlanılıb
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məhkəmə zalındakı mənbəyə istinadən məlumat yayıb. O, seçki kampaniyasını qeyri-qanuni yolla maliyyələşdirməkdə ittiham edilir.
Sarkozinin yaxın saatlarda dindiriləcəyi gözlənilir.
Qeyd edək ki, bu barədə cinayət işi 2012-ci ildə açılsa da, sonradan iş bağlanıb. 2017-ci ildə məsələ yenidən qaldırılıb. Hakim Sarkoziyə qarşı ilkin ittiham irəli sürmüş və cinayət prosedurunu başlatmaq üçün kifayət qədər dəlil olduğunu bildirmişdi. Bu işlə əlaqədar olaraq hələ yanvarın əvvəlində müəllim Aleksandr Cuxri də həbs edilib.
Digər xəbərlər
loading...