Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevralın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 11 milyard 656,1 milyon manat təşkil edib
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi kredit portfelinin 9,500 milyard manatı və ya 81,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,5 faizi banklar, 3,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 695,9 milyon manata çatıb və ümumi kredit portfelinin 14,5 faizini təşkil edib.
Digər xəbərlər
loading...