UEFA-nın komandanın işi üzrə iclası mayın 31-də keçiriləcək
Fransanın "Lion" klubu Rusiya MOİK-i ilə matçda azarkeşlərin özlərini aparmasına görə açılmış intizam işi ilə əlaqədar ciddi sanksiyalar ilə üzləşə bilər.
“Report” xəbər verir ki, Fransa klubunun 2017-ci ilin aprelində "Beşiktaş" (Türkiyə) ilə oyunda iğtişaşlara görə 2 il müddətinə şərti olaraq Avrokuboklardan kənarlaşdırılma cəzası var.
UEFA reqlamentinə görə, əgər komanda şərti cəza müddəti ərzində mövcud reqlamenti yenidən pozarsa, o zaman şərti tədbirlər real olacaq.
UEFA-nın komandanın işi üzrə iclası mayın 31-də keçiriləcək.
Digər xəbərlər
loading...