“Afrində asayiş və dinclik təmin olunana qədər orada fəaliyyətimizi davam edəcək”
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyə Hatay və Kilisə raketlərin atılması səbəbindən Afrinə girəcəyini deyib və girib: “Hər an qəfil gələrik dedik. Gəldik və bu vəziyyətə kimi gətirdik. Bu günə kimi 3622 terrorçu zərərsizləşdirilib. Dünən səhər sonuncu əməliyyat yerinə yetirildi. Hazırda Azad Suriya Ordusu bizim əsgərlərlə birlikdə əldəqayırma bomba və terrorçuların axtarışını həyata keçirir. Əmin olduğumuz ana qədər bu proses davam edəcək. Oranın xalqı oraya sakit şəkildə girəcək və girməyə başlayıb. Söhbət 500 minlik əhalisi olan yerdən gedir. Bunun davamı var. Onlar da həll olacaq. Bizim dərdimiz işğal deyil. Dərdimiz terrorçulara qarşı təmizlik həyata keçirmək və onların ölkəmizə təhdidinin qarşısını almaqdır”.
R. T. Ərdoğan Türkiyənin İraqın Sincar bölgəsinə girəcəyini də istisna etməyib: “Biz mərkəzi hökumətə dedik ki, bu məsələni həll edin. Bir gecə qəfildən Sincara girərik və oradakı PKK-çıları təmizləyərik. Onlar bizə dedilər ki, sizə xəbər edəcəyik. Lakin hələ də xəbər etmirlər. Bu məsələ uzanarsa, yeni bir “Zeytun budağı” əməliyyatı ola bilər”.
Digər xəbərlər
loading...