Dövlət Statistika Komitəsi yanvar-fevral ayına dair bülletenində qeyd edir ki, ölkədə ət və süd istehsalı artıb. Hesabatda ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 1,1 faiz, tərəvəz istehsalı 1,9 dəfə artıb
Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyinin verdiyi məlumata görə, 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı 43,8 faiz artıb.
Lakin bu rəqəmləri Dövlət Gömrük Komitəsinin eyni dövr hesabatı ilə müqayisə edəndə paradoks vəziyyət yaranır. Kənd təsərrüfatı məhsullarının istehsalı artıdğı təqdirdə ölkəyə gətirilən yeyinti mallarının idxalı 6.8 faiz yüksəlib. Bu gün yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 14,80%-dən 18,69%-ə yüksəlib.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov da bir müddət əvvəl bildirmişdi ki, diri heyvanların idxalı 2,4 dəfə, süd idxalı 2,7 dəfə artıb. Ekspert düşünürki, idxal artımı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalının kəskin şəkildə azalmasında xəbər verir.
Belə olan halda, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Statistika Komitəsinin istehsaldakı artımla bağlı statistikasının nə dərəcədə şəffaf olduğunu şübhə altına düşür.(azpolitika.info)
Digər xəbərlər
loading...