Lənkəran şəhərində oğlunun boğazını kəsən ata tutulub
"Report"un Cənub bürosunun verdiyi xəbər görə, ötən gecə şəhər ərazisində baş verən ailə münaqişəsi zamanı 1999-cu il təvəllüdlü Əli Yaqubzadənin boğazını kəsən İlham Yaqubov tutulub.
Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 1999-cu il təvəllüdlü Ə.Yaqubzadə əməliyyat olunub, vəziyyəti orta ağırdır.
Saxlanılan İlham Yaqubov hadisə baş verdiyi an özündə olmadığını bildirib. Hər şeyin anidən baş verdiyi, həyat yoldaşı ilə mübahisə etdiyi zaman əlindəki butulkanın sındığı və oğlunun onları ayırmaq istədikdə xəsarət aldığını deyib.
Faktla bağlı cinayət işi başlanıb.
Digər xəbərlər
loading...