"Azərbaycan OPEK+ konfransının Bakıda keçirilməsini təklif edib"
Bunu Bakıda səfərdə olan OPEK baş katibi Məhəmməd Barkindo deyib.
Baş katib bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə OPEK üzvləri və OPEK-ə daxil olmayan ölkələrin iştirakı ilə OPEK+ konfranslarından birinin neft sənayesinin beşiyi sayılan Bakıda keçirilməsi barədə təklifinə görə təşəkkür edir.
Baş katib bildirib: "Belə bir təklif bizim üçün böyük şərəfdir və Bakıda belə bir konfransın keçirliməsini səbirsizliklə göləyirik".
M.Barkindo onu da əlavə edib ki, OPEK+ çərçivəsində öhdəliklərin gözlənilməsi üzrə Monitorinq Komitəsinin növbəti iclası aprelin 14-15-də Ciddədə keçiriləcək.(Trend)
Digər xəbərlər
loading...